XLAMİDİLƏR (Chlamydiales) – bakteriyalar sırası. Bu yaxınlara qәdәr bu sıraya tәk bir cinsi (Chlamydia) olan bir Chlamydiaceae fәsilәsi aid edilirdi; indi isә tәk-tәk növlәrlә tәmsil olunan Simkaniaceae, Parachlamydiaceae vә Waddliaceae fәsilәlәri daxil edilir. X.-in hüceyrәlәri kokkşәkilli (diametri 0,2–1,5 mkm), qrammәnfidirlәr. X. mәmәlilәrin vә quşların (bәzәn buğum -ayaqlılarda rast gәlinir) obliqat hüceyrә daxili parazitlәridir. Yalnız canlı hüceyrәlәrin sitoplazmasında çoxalır. Adenozintrifosfatı (ATF) sәrbәst sintez edә bilmir, sahib-hüceyrә birlәşmәlәrinin zәngin enerjisi hesabına inkişaf edirlәr (bәzәn bunları “enerji parazitlәri” adlandırırlar). İnsanda vә heyvanlarda xlamidiozlara sәbәb olur.










