XLAMİDOMONÁDA (Chlamydomonas) – volvokskimilәr sırasından birhüceyrәli yosunlar cinsi. Hüceyrәlәri (eni 5–44 mkm, uz. 3–28 mkm) hәrәkәtli, 2 qamçılı vә hamar örtüklü, çıxıntısızdır. 2–8 zoospora bölünmәklә qeyri-cinsi çoxalır. Cinsi proses holoqamiya, izoqamiya, heteroqamiya, bәzәn ooqamiyadır. Dinclik dövründәn vә meyozdan sonra ziqotadan 4–32 hüceyrә әmәlә gәlir. 500-dәn artıq növü mәlumdur. X.-nın bәzi növlәri qarın, buzun üzәrindә inkişaf etmәyә vә onların “çiçәklәmәsinә” (mәs., qar X.-sı – C. nivalis) sәbәb olur. X.- ların әksәriyyәti istisulu, çirklәnmiş şirinsulu xırda gölmәçәlәrdә yaşayır. Ən çox xortumlu X.-ya (C. probosigera) rast gәlinir. X. tәmizlәyici qurğularda (suda hәll olmuş üzvi maddәlәri hüceyrә qişası vasitәsilә udma qabiliyyәtinә malikdir) vә laboratoriya tәdqiqatları obyekti kimi istifadә edilir.










