XLAMİDOSPORLAR – hiflәrin ixtisaslaşmış, yaxud ixtisaslaşmamış hüceyrәlәrindәn әmәlә gәlәn, dәyirmilәşәn, adәtәn, ölçüsünә görә böyüyәn, çox vaxt piqmentlәşmiş vә qalınlaşmış örtüklә örtülәn sürmә vә ya bәzi digәr göbәlәklәrin sporları. Şәkli dәyişmiş hüceyrәlәrin miqdarından asılı olaraq X. tәk-tәk vә ya zәncirli ola bilәr. Tәrkibindә xeyli ehtiyat qida maddәlәri var. X.-ın kömәyi ilә göbәlәk әlverişsiz mühit şәraitini dinclik vәziyyәtindә keçirә bilir.










