XLORAMİNLƏR − ammonyakın (qeyriüzvi X.), aminlәrin vә karbon turşuları vә ya sulfoturşuların amidlәrinin (üzvi X.) xlorlu törәmәlәri; onların molekullarında Cl atomu N atomu ilә birbaşa birlәşmişdir. Kәskin iyli, qüvvәtli oksidlәşdirici vә xlorlaşdırıcı agentdir.
Praktiki cәhәtdәn әn әhәmiyyәtli X.: dixloramin NHCl2 (rәngsiz maye, −66°Cdә donur, otaq temp-runda partlayır, suda yaxşı hәll olur); monoxloramin B (xloramin B) C6H5SO2N(Na)Cl∙3H2O (zәif xlor iyli rәngsiz vә ya sarımtıl kristal maddәdir, tәr. 180−185°C (parçalanmaqla), suda vә etanolda hәll olur); dixloramin B C6H5SO2NCl2 (rәngsiz kristal maddәdir, tәr. 72−74°C, suda pis, üzvi hәlledicilәrdә yaxşı hәll olur, yanardır, alışma temp-ru 204°C, üzvi maddәlәrlә kontakt zamanı öz-özünә alovlanır, mexaniki tәsirdәn vә 160°C-dәn yuxarıda istilik tәsirindәn partlayır); monoxloramin XB ClC6H4SO2N(Na)Cl∙H2O (açıq-sarı kristal maddәdir, 180°C-dә parçalanır); monoxloramin T CH3C6H4SO2N(Na)CI×3H2O (rәngsiz kristal maddәdir, 175−180°C parçalanmaqla әriyir); dixlor amin XBClC6H4SO2NCl2 (rәngsiz kristal madddir, tәr. 83°C, 160−162°C-dә parçalanır, suda pis, 1,2-dixloretanda yaxşı hәll olur, alışma temp-ru 196−205°C); dixlor amin T CH3C6H4SO2NCl2 (rәngsiz kristal maddәdir, tәr 80−83°C, әrimә temp-rundan yuxarıda öz-özünә alovlanmaqla parçalanır, xloroformda yaxşı hәll olur.
Üzvi X.-lәr antiseptik vә dezodorant tәsirә malikdir. Üzvi sintezdә reagentlәr kimi, hәmçinin tibdә (yoluxucu yaraların müalicәsindә, әllәrin dezinfeksiyasında, qulluq әşyalarının vә ifrazatların zәrәrsizlәş dirilmәsindә), toxuculuq sәnayesindә (ağardıcı vasitә kimi), zәhәrlәyici maddәlәrin deqazasiyası üçün vә s. istifadә edilir. Az zәhәrlidir, dәri örtüyünә vә selikli qişaya qıcıqlandırıcı tәsir edir.










