XLORBENZOL, f e n i l x l o r i d − arilhalogenid, C6H5Cl. Badam iyli rәngsiz maye; tqayn. 131,7°C; üzvi hәlledicilәrdә yaxşı, suda pis hәll olur. Aromatik birlәşmәlәrin kimyәvi xas sәlәrinә malikdir; NaOH-ın 10%-li mәhlulunun tәsiri ilә (400°C, 27 MPa) fenola çevrilir. Benzolun maye fazada katalitik xlorlaşmasından alınır (sonrakı xlorlaşmadandi-, tri-, polixlor benzollar әmәlә gәlir). Fenolun, xlor fenolların, boyaların, pestisidlәrin vә s. istehsalında, hәlledicilәr (әsasәn qatranlar üçün) kimi istifadә olunur.










