Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XLOROFİLLƏR 
    XLOROFİLLƏR (yun. χλωρός – yaşıl + φύλλον – yarpaq) – bitkilәrin yaşıl piqmentlәri; bunların kömәyi ilә onlar günәş enerjisini udur vә fotosintezi hәyata keçirirlәr. Hüceyrәdә X.-in molekulları xloroplastlarda xromatoforlarda toplaşmışdır; onlar yalnız zülalla birlәşmiş forma da fizioloji aktiv olurlar. X.-in molekullarının әsasını Mg-porfirin kompleksi tәşkil edir. Bundan әlavә, mәs., X.-in molekulunun membranın lipid qatında yerlәşmәsinә imkan verәn fitol qalığı (hidro-fob quyruq) kimi müxtәlif әvәzedicilәri dә var. Birbirindәn rabitәlәr sistemi vә әvәzedicilәrlә, buna müvafiq dә udma spektrlәri ilә fәrqlәnәn bir neçә tip X. (X. a, b, c, d) var. Bütün ali bitkilәrdә vә yosunlarda әsas piqment kimi X. a, müşayiәtedici (әlavә) piqment kimi X. b (ali bitkilәrdә, yaşıl yosunlarda), X. c (qızılı, qonur vә diatom yosunlarda), X. d (qırmızı yosunlarda) var. X.-in molekullarının böyük әksәriyyәti qruplarda bir neçә yüzә qәdәr olmaqla toplanmışdır (antena komplekslәri); onların hәr biri işığı antena kimi udur ki, bu da molekulların oyanması vә enerjinin fotosintezin reaksiya mәrkәzinin fotokimyәvi reaksiyalarda bilavasitә iştirak edәn bir xüsusi xlorofil molekuluna ötürülmәsi ilә müşayiәt olunur. Udulmuş kvant enerjisi hesabına molekullararası elektron köçürülmәsi – oksidlәşmә-reduksiya aktı baş verir. Fotosintezin ilkin proseslәri hesabına (işıq mәrhәlәsi) suyun fotolizi, O2-nin ayrılması baş verir, reduksiya olunmuş NADFN vә ATF birlәşmәlәri әmәlә gәlir. Bu birlәşmәdә toplanan enerji Kalvin tsiklinә daxil olan karbonun biokimyәvi çevrilmәsi üçün istifadә olunur. Belәliklә, X.-in udduğu işıq fotosintezin üzvi mәhsullarının potensial kimyәvi enerjisinә çevrilir. Fototrof bakteriyalarda gedәn fotosintezdә X.-in analoqları – bakterioxlorofillәr iştirak edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 