XLOROFORM, t r i x l o r m e t a n – alkilhalogenid, CHCl3. Şirintәhәr iyli rәngsiz mayedir; tqayn.61,1°C. Üzvi hәlledicilәrdә yaxşı, suda pis hәll olur; yanmır; zәhәrlidir. Karbohidrogenlәrin halogenli törәmәlәrinin kimyәvi xassәlәrinә malikdir; xlorla Cl2, karbon tetraxlorid CCl4 әmәlә gәtirir, su ilә qızdırıldıqda HCOOH, CO vә HCl-a par çalanır; işıqda havanın oksigeni ilә tәdricәn fosgenә qәdәr oksidlәşir. CH4 vә ya CH2Cl2-in maye fazada xlorlaşmasından alınır. Hәlledici (yağlar, qatranlar vә s. üçün), soyuducu agent, dәrman sintezindә xammal vә s. kimi istifadә edilir. Sәnayedә X.-dan diflüorxlormetan (xladon 22) alınır. Bihuşedici tәsirә malikdir, әvvәllәr tibdә narkoz kimi tәtbiq edilirdi.










