Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XLOROPLASTLAR 
    XLOROPLASTLAR (yun. χλωρός –yaşıl + πλαστός – yapılmış) – bitkilәrdә fotosintezi hәyata keçirәn hüceyrәdaxili orqanellәr (plastidlәr); xlorofillәrin olması hesabına yaşıl rәngә boyanır. Bitkilәrin yer üstü orqanlarının toxumalarının hüceyrәlәrindә rast gәlinir, xüsusilә yarpaqlarda vә yaşıl meyvәlәrdә çoxdur vә yaxşı inkişaf etmişdir. Uz. 5–10 mkm, eni 2–4 mkm-dir. Ali bitkilәrin hüceyrәlәrindә X. (adәtәn 15–50 әdәd) linzaşәkilli-dәyirmi vә ya ellipsvari formada olur. Yosunlarda olan vә xromatafor adlanan X. daha müxtәlifdir, lakin sayı adәtәn az (birdәn bir neçәyәdәk) olur.
    X.sitoplazmadan seçici keçiriciliyә malik ikiqat membranla ayrılır; onun daxili hissәsi matriksә (stromaya) girәrәk, yastılaşmış kisә şәklindә olan әsas struktur sistemi vahidlәrini – tilakoidlәri әmәlә gәtirir, bunlarda lokallaşan әsas piqmentlәr xlorofillәr, kömәkçi piqmentlәr isә karotinoidlәrdir. Birlәşәrәk qran (üst-üstә yığılmış sikkәlәr şәklindә) әmәlә gәtirәn diskşәkilli tilakoidlәr qrupu bir-biri ilә elә birlәşir ki, onların boşluqları maneәsiz olaraq әlaqәlәnir. Ali bitkilәrin X.-ında qranların sayı 40–60-a (bәzәn 150-yә) çata bilir. Stromaların tilakoidlәri (fretlәrlәr) qranları bir-biri ilә әlaqәlәndirir. X.-ın tәrkibindә ribosomlar, DNT, fermentlәr olur: fotosintezlә yanaşı, onlarda ADF-dәn ATF-in sintezi (fosforlaşma), lipidlәrin sintezi vә hidrolizi, stromada toplanan assimilyasiya nişastasının vә zülalların sintezi hәyata keçir. X.-da hәmçinin işıq reaksiyasında iştirak edәn fermentlәr vә tilakoidlәrin membran zülalları da sintez olunur. X.-ın öz genetik aparatının vә spesifik zülal sintez edәn sisteminin olması onların digәr hüceyrә strukturlarından nisbi müstәqilliyini tәmin edir. Hәr bir X.-ın bölünmә yolu ilә replikasiya olan (hüceyrәdә onların sayı mәhz belә artır) proplastidlәrdәn inkişaf etdiyi güman edilir; yetkin X. da bәzәn replikasiyaya qadirdirlәr. Yarpaq vә budaqların qocalması, meyvәlәrin yetişmәsi zamanı xlorofilin parçalanması sәbәbindәn X. yaşıl rәnglәrini itirәrәk xromoplastlara çevrilir. Güman edilir ki, X. sianobakterilәrin qәdim eukariotlarla – heterotrof yosunlar vә ya ibtidailәrlә simbiogenezi yolu ilә әmәlә gәlmişlәr.
     
    Xloroplastın quruluş sxemi: 1 – stroma; 2 – qran; 3 – tilakoid boşluğu;
    4 – tilakoid membranı; 5 – daxili mem bran; 6 – xarici membran.
    Əd.: Н а с ы р о в Ю.С. Фотосинтез и генетика хлоропластов. М., 1975; Methods in chloroplast molecular biology. Amst., 1982.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 