Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XLORPREN KAUÇUKLARI, p o l i x l o r p r e n l ә r 
    XLORPREN KAUÇUKLARI, p o l i x l o r p r e n l ә r – 2-xlor-1,3-butadienin (xlorprenin) emulsiyada polimerlәşmәsindәn alınan elastomerlәr; ümumi formulu [─CH2C(Cl)═CHCH2─]n. 40°C-dә alınmış X.k. makromolekulunda xlorpren manqalarının 85−87%-i 1,4-trans, 10 −13%-i 1,4-sis, 1−3% − 1,2 vә 3,4 konfiqurasiyaya malikdir. Polimerlәşmәnin temp-ru aşağı düşdükdә 1,4-trans manqalarının miqdarı artır. X.k.-nın quruluşunun yüksәk müntәzәmliliyi onun kristallaşmaya meyilliyini vә uyğun olaraq saxlanıldıqda, emal edildikdә xassәlәrinin dәyişmәsini şәrtlәndirir. Kristallaşmaya meyilliyi azaltmaq üçün xlorpren az miqdar  2,3-dixlor-1,3-butadien, akrilnitril vә digәr monomerlәr ilә sopolimerlәşdirilir.
    Molekul kütlәsinin tәnzimlәmә üsulundan asılı olaraq, merkaptanla vә kükürdlә tәnzimlәnmiş X.k. ayırd edilir; onların polimer zәncirindә kükürd atomları polisulfid blokları şәklindә yerlәşmişdir. X.k.-nun sıxlığı 1200−1240 kqm3, şüşәlәşmә tempru −40°C, maksimal kristallaşma sürәtinin temp-ru −10°C. Tәrkibindә xlor olduğuna görә X.k. kimyәvi davamlıdır, yanmır vә yüksәk adheziya xassәlәrinә malikdir. X.k. rezin sәnayesinin adi avadanlı qlarında emal olunur. Tәzә hazırlanmış qarışıqlar yüksәk yapışqanlığı ilә xarakterizә olunur, saxlanıldıqda isә bu xassә kauçukun kristallaşması nәticәsindә azalır. Kükürdlә tәnzimlәnmiş X.k.-nın vulkanlaşdırıcı agentlәri, başlıca olaraq müxtәlif metal oksidlәridir (әsasәn, ZnO vә MqO kombinasiyaları). Merkaptanla tәnzimlәnmiş X.k. üçün әlavә olaraq vulkanlaşmanın xüsusi sürәtlәndiricilәri (mәs., etilentiokarbamid) istifadә olunur. Güclәndirici doldurucular, X.k.-u әsasında alınmış rezinlәrin möhkәmlik xassәlәrini yüksәltmir, amma rezin qarışıqlarının texnoloji xassәlәrini yaxşılaşdırır, yağa, istiyә vә yeyilmәyә davamlığını, elastiklik modulunu, bәrkliyini yüksәldir. X.k.-nın vulkanizatorları yanmır, atmosferin, ozonun, yağın vә benzinin, habelә aqressiv mühitin tәsirinә qarşı davamlığı ilә xarakterizә olunur. Merkaptanla tәnzimlәnmiş X.k. әsasında alınmış rezinlәr qalıq deformasiyaların toplanmasına böyük müqavimәti vә xassәlәrinin daha yaxşı stabilliyi ilә fәrqlәnir.
    X.k. rezin-texniki mәmulatların (şlanqlar, transportyor lentlәri, müxtәlif qayışlar, detal kiplәşdiricilәri, elektrik mәftillәrin vә kabellәrin qoruyucu örtüklәri, kimyәvi aparatların rezinlәnmәsi üçün), hәmçinin müxtәlif adhezivlәrin istehsalında istifadә olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 