XLORSİAN, s i a n x l o r i d − sianat turşusunun xloranhidridi, ClCN. Gözyaşardıcı, uçucu, boğucu iyli rәngsiz qaz; tәr.−6,9°C, tqayn. −12,6°C; suda az, spirtdә, efir dә yaxşı hәll olur. Nukleofillәrә münasibәtdә yüksәk reaksiya qabiliyyәtinә malikdir. Qәlәvilәrlә sianatlar әmәlә gәtirir; soyuq suda tәdricәn, qaynar suda tez parçalanır. Oksidlәşdiricidir (sianid turşusuna qәdәr reduksiya olunur); saxlanıldıqda davamsızdır, rütubәtin, HCl-un tәsiri ilә sianur xloridә çevrilir. Sianidlәrin sulu mәhlullarının xlorlaşmasından alınır. Sianamid vә s.-nin istehsalında istifadә olunur. Çox zәhәrlidir (1-ci Dünya Müharibәsindә zәhәrlәyici döyüş maddәsi kimi istifadә edilmişdir).










