XLORSİRKƏ TURŞULARI − sirkә turşusunun xlorlu törәmәlәri. Mono xlor sirkә ClCH2COOH (hiqroskopik rәng siz kristal maddә, tәr. 62,3°C), dixlorsirkә Cl2CHCOOH (rәng siz maye, tqayn.194°C) vә trixlorsirkә CCl3COOH (hiqroskopik rәngsiz kristal maddә, tәr. 57,4°C) turşularına ayrılır. Suda, spirtdә, asetonda vә efirdә hәll olur. Turşuluq xassәlәri sirkә turşusundan daha qüvvәtlidir. ClCH2COOH nukleofil әvәzetmә reaksiyalarına Cl atomu üzrә daxil olur. X.t. karbon turşularının xassәlәrini göstәrir. ClCH2COOH sirkә turşusunun katalitik xlorlaşması vә trixloretilenin 90−93%-li H2SO4 tәsiri ilә hidratlaşmasından alınır; Cl2CHCOOH vә CCl3COOH sirkә turşusunun vә ya ClCH2COOH-un xlorlaşması, xloralın nitrat turşusu ilә oksidlәşmәsindәn alınır. Pestisidlәrin, boyaq maddәlәrinin, әczaçılıq preparatlarının vә s. sintezi üçün tәtbiq edilir. Az zәhәrlidir, selikli qişanı, dәrini qıcıqlandırır.










