XLORSULFON TURŞUSU − sulfat turşusunun monoxloranhidridi, SO2Cl(OH). Havada tüstülәnәn, rәngsiz mayedir, tqayn. 155°C (parçalanmaqla); qüvvәtli turşudur. Kimyәvi aktivdir; su ilә H2SO4 vә HCl әmәlә gәtirir, üzvi birlәşmәlәrlә sulfon turşuları vә ya onların xloridlәrini әmәlә gәtirir. HCl vә SO3-ün qarşılıqlı tәsirindәn alınır. Nәm olmayan polad tutumlarda saxlanılır vә daşınır. Sulfolaşdırıcı vә sulfoxlorlaşdırıcı agent (yuyucu vә dәrman va sitәlәrinin vә s. istehsalında), tüstü әmәlә gәtirici maddәdir. Dәridә yanıq törәdir, tәnәffüs yollarını zәdәlәyir.










