XLOR-ÜZVİ BİRLƏŞMƏLƏR – üzvi birlәşmәlәrdә H atomlarının Cl atomu ilә әvәz olun masından alınan mәhsullar. Alkanların, alkenlәrin, alkadienlәrin, arenlәrin, hәmçinin karbohid rogenlәrin funksional törәmәlәrinin mono-, di-, tri-, ..., polixlor törәmәlәri fәrqlәndirilir. X.ü.b. hәlledicilәrin, soyuducu agentlәrin (freonların), polimerlәrin vә s. istehsalında xammal kimi işlәdilir; bir cox insektisidlәr vә zәhәrlәyici maddәlәr X.ü.b.-ә aiddir. Geniş yayılmasına vә yüksәk dayanıqlığına görә bәzi X.ü.b.-ә içmәli suda, qida mәhsullarında, havada vә әtraf mühitin digәr obyektlәrindә rast gәlinir. Bunlar hәm az zәhәrli, hәm dә canlı orqanizmlәr üçün son dәrәcә tәhlükәli maddәlәr ola bilәr. X.ü.b.-in çoxu ekotoksi kantlardır; polixlorlu bifenillәr, dioksinlәr, DDT, heksaxlorbenzol super ekotoksi kantlara aiddir. X.ü.b.-lәrin zәhәrli tәsiri, onların istehsalı, saxlanması, emalı zamanı meydana çıxa bilәr (istiliyin, işığın, havanın oksigenin, nәmin, turşuların, duzların, metalların tәsiri ilә parçalanmasından Cl2, HCl, fosgen, yandıqda isә dioksinlәr ayrılır). X.ü.b.-in utilizasiyası xüsusi problemdir (mәs., istifadә edilmiş hәlledicilәr, polimer materiallar). Bax hәmçinin Karbo hidrogenlәrin halogenli törәmәlәri.










