Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XMELNİTSKİ 
    XMELNİTSKİ Boqdan (xaç suyuna salınarkәn Zinovi) Mixayloviç (1590-cı illәrin ortaları, Reç Pospolita – 6.8.1657, Rus dövlәti, Çigirin ş., indiki Ukraynanın Çerkassı vil.) – Zaporojye vә Malorossiya kazaklarının getmanı (1648). X.-nin 1640-cı illәrәdәk olan hәyatı haqqında mәlumatlar olduqca azdır. Polyak vә latın dillәrinә yiyәlәnmişdi. X. mәnbәlәrdә ilk dәfә 1637 ildә Polşa-Litva hakimiyyәtinә qarşı üsyan qaldırmış Zaporojye kazak qoşunlarının katibi kimi (dәftәrxana rәisi) qeyd olunmuşdur. Zaporojye qoşunlarının Çigirin polkunun yüzbaşısı (1638–48) idi. Zaporojye Seçi kazaklarının Reç Pospolitaya qarşı üsyanına – Ukrayna vә Belarus xalqlarının azadlıq müharibәsinә (1648–54) rәhbәrlik etmişdir. 1648 ildә üsyançı kazaklar tәrәfindәn Zaporojye qoşunlarının “başçısı” (1638 ildәn Reç Pospolita Seymi tәrәfindәn şlyaxta nümayәndәlәrindәn seçilәn komissar әvәzinә) seçilmişdi. Az sonra özünü getman adlandırmışdır. Üsyanın gedişindә Polşa-Litva ordusunu bir sıra mәğlubiyyәtә uğradaraq Reç Pospolitanın bir hissәsini Zaporojye qoşunlarının nәzarәtinә almış vә faktiki olaraq bu әrazidә hәrbi-siyasi qurum – “getmanlıq” yaratmışdı. Kömәk üçün bәzi dövlәtlәrin hakimlәrinә dәfәlәrlә müraciәt etmişdir. 1653 ildә Aleksey Mixayloviçin Zaporojye qoşunlarının nәzarәti altında olan Reç Pospolita voyevodalıqlarının Rus dövlәtinin tәrkibinә qatılmasına dair razılığını almışdır. Pereyaslav radasından (1654) sonra Rus hökmdarına sadiqlik andı içmişdir. X.-yә müstәqil xarici siyasәt (Osmanlı imperiyası, Reç Pospolita vә Rus dövlәti ilә müharibә şәraitindә olan dövlәtlәrlә münasibәtlәr istisna olmaqla) aparmaq hüququ verilmişdi. Rusiya-Polşa müharibәsi (1654–67) başlanan zaman Zaporojye qoşunlarının dәstәlәrini Rusiya hәrbi qüvvәlәrinin kampaniyalarında iştirak etmәk üçün Böyük Litva knyazlığına göndәrmiş, 1655 ildә Zaporojye qoşunlarının başçısı kimi rus qoşunları ilә birlikdә Malorossiyanı müdafiә etmiş vә Polşa krallığına soxulmuşdu. Vilno barışığının (1656) bağlanması әrәfәsindә Rus dövlәtinin Visla çayı boyunca, “hәtta macar sәrhәdlәrinәdәk” Reç Pospolita ilә yeni sәrhәdinin müәyyәnlәşdirilmәsinә çalışmışdır. 1656 ilin sonunda kazakların türklәrin tәbәәliyinә qәbul edilmәsinә dair danışıqlara başlamağa qәrar vermiş, 1657 ilin martında “itaәt vә sәdaqәtini” bәyan etmәk üçün Osmanlı imperiyasına sәfir göndәrmişdir. 1657 ilin aprelindә Zaporojye qoşunları polkovniklәrinin razılığı ilә X. getman hakimiyyәtini oğluna ötürmüşdür.
    X.-nin obrazı malorosların folklorunda öz әksini tapmışdır. F.N.Qlinka X.-yә povest (1816–19), K.F.Rıleyev duma (1821, 1825 ildә nәşr olunmuşdur), P.Merime esse (1863), K.F.Dankeviç opera (1951–53) hәsr etmişdir. Böyük Novqorodda X.-nin heykәli (1862, layihәnin müәllifi M.O.Mikeşin), Ukrayna vә Rusiyanın şәhәrlәrindә, o cümlәdәn Kiyevdә (1888, layihәnin müәllifi Mikeşin), Belqorodda (2014, heykәltәraşlar A.İ. vә D.A.Loxtaçovlar) X.-nin abidәlәri vә büstlәri qoyulmuşdur. Boqdan Xmelnitski ordeni onun şәrәfinә adlandırılmışdır. Ukraynanın Xmelnitski vil.-ndәki Xmelnitski ş., RF-nin, Ukraynanın, Belarusun bir çox şәhәrlәrindәki küçәlәr, prospektlәr, meydanlar X.-nin adını daşıyır. 1943–2019 illәrdә Pereyaslav ş. Pereyaslav-Xmelnitski adlanırdı.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 