Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XMELNİTSKİ 
    XMELNİTSKİ (1954 ilәdәk P r o s k u r o v) – Ukr.-da şәhәr. Xmelnitski vil.-nin mәrkәzi. Əh. 268,9 min (2015). Cәnubi Buq çayı sahilindәdir. Nәql. yolları qovşağı.
    Şәhәr Ploska çayının Cәnubi Buq çayına töküldüyü yerdә Ploskirov, yaxud Ploskirivtsı adlı kiçik mәskәnin yerindә yaranmışdır. İlk dәfә 15 әsrin birinci yarısına aid mәnbәlәrdә qeyd edilmişdir. Bu dövrdә Podolye әrazisinin çox hissәsi, Buqboyu әrazilәr daxil olmaqla, Polşanın hakimiyyәtindә idi. Polşa kralı II Vladislav Yaqaylo 1431 ildә sәdaqәtli şlyaxtalara Podol yedә torpaq sahibi olmaq imtiyazı vermiş, kral dәftәrxanasının sәnәdlәrindә yaşayış mәntәqәlәri arasında Ploskirivtsı mәskәninin adı çәkilmişdir. B.Xmelnitskinin başçılıq etdiyi Azadlıq müharibәsi (1648–54) zamanı kazaklarla Polşa qoşunlarının döyüş meydanına çevrilmişdi. 1672 ildә Ploskirov bütün Podolye ilә birlikdә Osmanlı imperiyasının, 1699 ildә yenidәn Polşanın, 1795 ildә Rusiya imperiyasının tәrkibinә qatılmış, Proskurov adlandırılmışdır. 1870 ildә Jmerinka–Proskurov–Voloçisk d.y.-nun açılması şәhәrin sürәtli inkişafına sәbәb olmuş, 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә iri sәnaye müәssisәlәri tikilmiş, Proskurov ticarәt mәrkәzinә çevrilmişdir. 1917–20 illәrdә Ukr. Xalq Resp.-nın, 1920 ildәn Ukr. SSR-in tәrkibindә idi. 1941 ildә alman qoşunları tәrәfindәn tutulmuş, 1944 ildә azad edilmişdir. 1954 ildә şәhәrin adı dәyişdirilәrәk B. Xmelnitskinin şәrәfinә adlandırılmışdır.
    Milli (1962), Hüquq vә idarәetmә (1992) un-tlәri, Humanitar-pedaqoji (1921) vә milli sәrhәd xidmәti (1992) akademiyaları, konservatoriya; diyarşünaslıq (1929), rәssamlıq (1986), әdәbiyyat (1993), şәhәr tarixi (1996) muzeylәri, foto sәnәti studiyamu zeyi (2010); musiqili dram (1935), kukla (1970) teatrları, “Kut” (1992) mono teatrı, filarmoniya (1938); Botanika bağı vә s. var.
    X. ölkәnin iri ticarәt (satış hәcminә görә Avropada 3-cü olan “Tuça” bazarı) mәrkәzlәrindәn biridir. 20 әsrin 20-ci illәrinә qәdәr Proskurovun sәnayesi yarımkustar müәssisәlәrdәn ibarәt idi. Əsas sәnaye sahәlәri: maşınqayırma, metal emalı (traktor aqreqatları, dәmirçi-pres avadanlıqları vә s.), elektronika (“Temp”, “Neva”, “Novator”, “Kation” z-dları), yeyinti (yağ-pendir, şәkәr, әt istehsalı), yüngül (ayaqqabı, toxuculuq, trikotaj, dәri-qalantereya f-klәri vә s.), kimya vә tikinti materialların (santexnika, sement, kәrpic vә dәmir-beton mәmulatları) istehsalıdır.
     
    Xmelnitski şәhәrindәn görünüş.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 