XÓBİ, Xopi, Xabitskali – Gürc.-da çay. Uz. 150 km, hövzәsinin sah. 1340 km2. Eqris silsilәsinin yamaclarından başlanır, Qara dәnizә tökülür. Kolxida ovalığında çay yatağının bәzi yerlәrindә bәndlәr çәkilmişdir. Əsasәn, yağış suları ilә qidalanır, daşqın rejimlidir. Ortaillik su sәrfi mәnsәbindәn 30 km mәsafәdә 44,2 m3/san, әn çox 333 m3/san-dir. Əsas qolu Çanistskalidir (sağdan). Suvarmada istifadә edilir.










