XOCAHAN – Azәrb. Resp. Qubadlı r-nunda kәnd. Xocahan ә.d.-nin (Xocahan, Qilican, Tinli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 22 km c.-ş.-dә, dağәtәyi әrazidәdir. Əh. 608 (2020); işğaldan (1993, avqust) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Orta mәktәb, kitabxana, xәstәxana var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 9 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










