XOCAXAN – Azәrb. Resp.-nın Tovuz r-nunun Eyyublu k. әrazisindә Son Eneolit, Erkәn Tunc vә son orta әsrlәrә aid çox tәbәqәli yaşayış yeri. Abidәdәn erkәn metallurgiya vә metal emalı ilә bağlı olması ehtimal edilәn gil qaşıq, 2 әdәd dördtilli biz aşkar edilmişdir. X. yaşayış yerindәn tapılan qәbir abidәlәri maddi mәdәniyyәt qalıqları ilә zәngindir. Tunc dövrünә aid edilәn qәbirlәrdә ölülәr yarımbükülü vә tam bükülü vәziyyәtdә dәfn edilmişdir.










