Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XOCALI QƏBİRİSTANI 
    XOCALI QƏBİRİSTANI – Azәrb. Resp.-nın Əsgәran r-nunun Xocalı k. әrazisindә Son Tunc vә Erkәn Dәmir dövrünә (e.ә. 13–7 әsrlәr) aid arxeoloji abidә. 19 әsrin sonunda aşkar edilmişdir. Daş qutu vә kurqanlardan ibarәtdir. Tәdqiqatlar nәticәsindә X.q.-nda kurqanların dövr etibarilә biri digәrini әvәz edәn beş tipi müәyyәnlәşdirilmişdir: böyük ölçülü, konusvarı quruluşlu torpaqdan ucaldılmış zirvәsinin şәrq hissәsindә daş tökülmüş kurqanlar; böyük ölçülü, torpaqdan tökülmüş, zirvәsindәki çökәyә daş tökülmüş kurqanlar; ikinci tiplә eyni, lakin çökәyinә daş tökülmәmiş kurqanlar; kiçik ölçülü, konusvarı örtüyü yastılanmış torpaq kurqanlar; çay daşlarından qurulmuş böyük ölçülü kurqanlar. X.q.-ndan müxtәlif tipli saxsı qablar, silahlar (qılınc, xәncәr, nizә vә ov ucluğu,  balta-tәbәrzin), qızıl, tunc, balıqqulağı, әqiq, şüşә, pasta vә s.-dәn hazırlanmış bәzәk әşyaları, tunc әmәk alәtlәri vә at әslәhәlәri aşkar edilmişdir. X.q.-nın 11 №-li kurqanından tapılmış әqiq muncuğun üstündә e.ә. 765–755 illәrdә hakimiyyәtdә olmuş Aşşur çarı Adadnirariyә aid mixi yazısı, hәmçinin şirli saxsı qablar, pasta vә şüşәdәn muncuqlar, qızıldan bәzәk әşyaları, silindrik möhür vә s. yerli әhalinin Yaxın Şәrq ölkәlәri ilә iqtisadi vә mәdәni әlaqәlәrinin olmasını göstәrir.
     
    Xocalı qәbiristanı: 1 – şirli gil mücrü; 2 – qızıldan şir başı; 3 – yastı balta-tәbәrzin; 4 – tunc quş fiquru; 5 – şirli cam; 6 – sәrnic formalı gil qab; 7 – saxsı kuzә.
     
    Əd.: X ә l i l o v C.A. Qәrbi Azәrbaycanın Tunc dövrü vә Dәmir dövrünün әvvәllәrinә aid arxeoloji abidәlәri. B., 1959; B a x ş ә l i y e v V. Azәrbaycan arxeologiyası, c. 1. B., 2006; C ә b i y e v Q. Azәrbaycan arxeologiyasının әsasları. B., 2017; D o s t i y e v T. Arxeologiya. B., 2021.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 