Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİ 
    XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİ Azәrb. Resp.-nda Kiçik Qafqazın dağ vә dağәtәyi r-nlarında, Kür-Araz çayarasında, Şәrqi Gürcüstan vә Şimal-Şәrqi Ermәnistanda Son Tunc vә Erkәn Dәmir dövrlәrinә (e.ә. 14–7 әsrlәr) aid arxeoloji mәdәniyyәt. X.-G.m. Azәrb.-ın Əsgәran r-nunun Xocalı k. yaxınlığında vә Gәdәbәy r-nunda ilk dәfә tәdqiq olunmuş abidәlәrin adı ilә adlandırılmışdır. Bu mәdәniyyәtә aid abidәlәr daha çox Gәncә-Qarabağ regionunda aşkar olunduğundan onu bәzәn Gәncә-Qarabağ mәdәniyyәti dә adlandırırlar. Mәdәniyyәtin 3 inkişaf mәrhәlәsi müәyyәnlәşdirilmişdir: ilk mәrhәlә e.ә. 13–9 әsrlәri, ikinci mәrhәlә e.ә. 11–9 әsrlәri, son mәrhәlә e.ә. 9–7 әsrlәri әhatә edir. X.-G.m. abidәlәri yaşayış yerlәri, emalatxanalar, qәbirlәr, ibadәtgahlardan ibarәtdir. Mәdәniyyәtin yayıldığı әrazidә misәritmә kürәlәri (Mingәçevir), mis vә tunc mәmulatları hazırlayan emalatxana (Topal Hәsәnli) qalıqları, çaxmaqdaşıdan alәt vә silahların istehsal tullantıları (Gillikdağ) aşkar edilmişdir. Yaşayış yerlәri hasarlı (Göygöl, Xaçbulaq) vә hasarsız (Mingәçevir vә s.), dairәvi vә düzbucaqlı planlı bina vә tikililәri, әsasәn, yarımqazmadan (yerüstü divarlar, daş, qamış, gildәn hörülürdü) ibarәtdir. Torpaq, daş qutu qәbirlәr vә kurqanlarda ölülәr bükülü, uzadılmış, oturdulmuş (bәzәn yandırılmış vә ya parçalanmış) vәziyyәtdә dәfn edilmişdir. Yoxsulların vә varlıların qәbirlәrindәki keramika eynidir. Varlıların qәbirinә bahalı silahlar, bәzәk әşyaları qoyulmuş, öküz, qoyun, zәngin bәzәdilmiş at, dәvә, qadın, döyüşçü, qulda basdırılmışdır (Göygöl, Qarabağ, Füzuli, Mingәçevir). Qәbirlәrdәn tunc qılınc, tәbәrzin, xәncәr, toppuz, ox, yaba, nizә ucluğu, qazan, bardaq, cilov, kәmәr dәsti, bilәrzik, üzük vә s., әqiq vә sümükdәn bәzәk әşyaları (muncuq, asma, sırğa vә s.), dulus çarxında gildәn (piyalә, bardaq, sәrnic, nehrә, süzgәc vә s.), daşdan (vaza, qulplu bardaq, qapaqlı daş qab) müxtәlif mәmulatlar aşkar edilmişdir. Cilalı qara qablar ov sәhnәsi, heyvan vә sәma cisimlәrinin tәsvirlәri vә s. ilә bәzәdilmişdir. X.-G.m.-nә aid abidәlәrin bir qrupu da siklop tikililәrdәn ibarәtdir. Tikililәr әrazisindә müxtәlif tip qәbir abidәlәri, o cümlәdәn kurqan vә daş qutu qәbirlәr qeydә alınmış, onlardan tunc silahlar (xәncәr, qılınc, hәrbi yaba, tәbәrzin-balta) vә bәzәk әşyaları, habelә qara rәngli, üzәrindә cızma naxışlarla quş, heyvan vә insan tәsvirlәri işlәnmiş keramika mәmulatı aşkarlanmışdır. X.-G.m.-nin son dövründә dәmir alәt vә silahlar (nizә, bıçaq, xәncәr vә s.), möhkәmlәndirilmiş yaşayış yerlәri (Qazax, Sarı tәpә) meydana gәlmişdir. Əhali әkinçilik, köçәri maldarlıq, hәmçinin bağçılıq, üzümçülük, ovçuluq, balıq ovu, sәnәtkarlıq (ağacişlәmә, toxuculuq) vә s. ilә mәşğul olmuşdur. Metallurgiya vә metalişlәmә dә inkişaf etmişdi. Metal әridilmәsi üçün xüsusi kürәlәr Mingәçevirdә vә Şәmkirdә aşkar edilmişdir. Son Tunc dövrünün dulus mәmulatı, әsasәn, heyvan, quş fiquru, uzun boğaz çәkmә formasında işlәnmişdir. Daş işlәmәdә gümüşdәn inkrustasiya vurmaq bu dövr üçün yenilik idi. Belә nümunәlәrә Mingәçevir kurqanlarından tapılmış daş nimçә vә badә tipli qablarda rast gәlinmişdir. Uzunboğaz çәkmә vә burnu yuxarı әyilmiş çarıq modellәrinin, hәmçinin tunc bizlәrin tapılması dәri işlәmә sәnәtinin dә inkişafını sübut edir. Dәridәn paltar tikilir, atın minikdә vә qoşquda istifadәsi ilә әlaqәdar at әslәhәsi üçün göndәn müxtәlif әşyalar hazırlanırdı. Tәsviri sәnәt materialları (gil vә tunc fiqurlar, qab, kәmәrlәr üzәrindә cızılmış tәsvirlәr vә s.) әhalinin dini vә estetik görüşlәrini әks etdirir. Yerli әhali qonşu tayfalarla әlaqә saxlamışdır. X.-G.m. әhalisinin Cәnubi Qafqazın müasir xalqlarının uzaq әcdadları olmaları ehtimal edilir.
     
    Xocalı-Gәdәbәy mәdәniyyәti: 1 – qulaqüstü asma
    bәzәk; 2, 3 – ox ucluqları; 4 – nizә ucu;
    5, 6 – xәncәrlәr; 7 – asma bәzәk; 9 – bilәrzik;
    8, 10–12 – saxsı qablar.
     
    Əd.: П и о т р о в с к и й Б.Б. Археология Закавказья с древнейших времён до I тысячелетия до н.э. Л., 1949; N ә r i m a n o v İ.Q. Gәncәçay rayonunun arxeoloji abidәlәri. B., 1958; А с л а н о в Г.М., В а и д о в Р.М., И о н е Г.И. Древний Мингечаур. Б., 1959; X ә l i l o v C.A. Qәrbi Azәr baycanın Tunc dövrü vә Dәmir dövrünün әvvәllәrinә aid arxeoloji abidәlәri. B., 1959; G ö y ü ş ö v R. Azәrbaycan arxeologiyası. B., 1986; B a x ş ә l i y e v V. Azәrbaycan arxeologiyası, c. 1. B., 2006; C ә b i y e v Q. Azәrbaycan arxeologiyasının әsasları. B., 2017.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 