XOCASƏN – Azәrb. Resp., Bakı ş.-nin Binә qәdi r-nunda qәsәbә. Xocasәn ә.d.-nin (Xocәsәn, Sulutәpә qәs.-lәri daxildir) mәrkәzi.
R-n mәrkәzindәn 4 km c.-q.-dә, Abşeron y-a-ndadır. Əh. 42,2 min (2019). Moskva Dövlәt Un-tinin Bakı filialı, 3 tam orta mәktәb, uşaq bağçası, kitabxana, klub, Xocasәn Sağlamlıq Mәrkәzi, Stend Atıcılığı İdman Kompleksi var.
Orta әsrlәrә aid mәnbәlәrdә adı çәkilir. Ehtimal ki, 17 әsrdә yaşamış, mәşhur tacir Xoca Hәsәnin şәrәfinә adlandırılmışdır. 1936 ildә şәhәr tipli qәsәbә statusunu almışdır. Ərazisindә 9–17 әsrlәrә aid yaşayış yeri, karvansara (17 әsr), ovdan (18 әsr), mәscid var.










