XOCASƏN – Azәrb. Resp. Bakı ş. Binәqәdi r-nunda qәsәbә. Xocasәn ә.d.-nin (Xocәsәn, Sulutәpә qәs.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 4 km c.-q.-dә, Abşeron y-a-ndadır. Əh. 42,2 min (2019). Moskva Dövlәt Un-tinin Bakı filialı, Stend Atıcılığı İdman Kompleksi, 3 tam orta mәktәb, uşaq bağçası, kitabxana, klub, Xocasәn Sağlamlıq Mәrkәzi; memarlıq abidәlәrindәn mәscid, ovdan, Böyük Vәtәn müharibәsindә hәlak olanların xatirәsinә hәsr olunmuş abidә kompleksi var.










