XOCİK – Azәrb. Resp. Qubadlı r-nunda kәnd. Xocik ә.d.-nin (Xocik, Mәrdanlı k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 24 km ş.-dә, Hәkәri çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 370 (2020); işğaldan (1993, avqust) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 9 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










