XÓJUV (Chorzów) – Polşada, Sileziya voyevodalığında şәhәr. Əh. 108,6 min (2016). D.y. qovşağı. Yuxarı Sileziya daş kömür hövzәsinin sәnaye mәrkәzlәrindәn biri. Qara metallurgiya, kimya, yeyinti vә maşınqayırma sәnayesi inkişaf etmişdir.
X. ilk dәfә 1136 ilә aid sәnәdlәrdә Zversov kәndi kimi qeyd edilmişdir. 1868 ildә şәhәr statusunu almışdır. İkinci dünya müharibәsinin başladığı gün Almaniya tәrәfindәn işğal olunmuşdur (1939, sentyabr). X.-da bir neçә icbari әmәk islah düşәrgәsi, 1944–45 illәrdә Auşvits hәbs düşәrgәsinin 2 şöbәsi yerlәşmişdir. 1945 ildә sovet ordusu tәrәfindәn azad edilmiş vә yenidәn Polşanın tәrkibinә qatılmışdır.
Kirxa (16 әsr), Müq. Varvara kilsәsi (1859), Ratuşa şәhәrin memarlıq abidәlәrindәndir. Sileziya un-tinin vә Ali bank mәktәbinin kampusları; rәsәdxana, planetari, zoopark, etnoqrafiya parkı vә mәrkәzi park, Polşanın әn böyük stadionu, beynәlxalq sәrgi kompleksi vә s. var.










