XOLANGÍT (yun. χολή – öd + ανγείον – damar + ...it) – qara ciyәrdaxili vә ciyәrxarici öd axacaqlarının kәskin, yaxud xroniki iltihabı. Birincili sklerozlaşdıran X. autoimmun mәnşәli müstәqil xәstәlikdir. İkincili X.-in s ә b ә b l ә r i: infeksiyanın onikibarmaq bağırsaqdan, öd kisәsindәn, qandamarları, limfa yolları vasitәsilә vә s.-dәn öd axacaqlarına düşmәsi. Tәcrid olunmuş X. nadir hallarda baş verir; o, çox vaxt xolesistitlә (xolesistoxolangit), yaxud hepatitlә (hepatoxolangit) birlikdә olur. Əksәr hallarda X.-i bağırsaq çöplәri, stafilo kokklar, enterokokklar vә s. törәdir. Öd durğunluğu xәstәliyin inkişafını tәmin edir. Ə s a s ә l a m ә t l ә r i: qızdırma, sarılıq, sağ qabırğaaltı nahiyәdә ağrı; kәskin irinli X.-dә – aydın intoksikasiya әlamәtlәri. Mümkün ağırlaşmalar; qara ciyәr absesi, qara ciyәr serozu, qara ciyәr çatışmazlığı. Diaqnoz qara ciyәr vә öd axacaqlarının rentgen vә USM müayinәlәri ilә dәqiqәlәşdirilir. M ü a l i c ә s i: antibiotiklәr, öd daşlarının cәrrahi yolla götürülmәsi, öd axacaqlarına drenaj qoyulması; birincili sklerozlaşan X.-dә qara ciyәr köçürülmәsi.










