XOLƏZƏY – Azәrb. Resp. Kәlbәcәr r-nunun Qaraçanlı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 21 km c.-da, Tәrtәr çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 344 (2020); işğaldan (1993, aprel) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 25 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










