XOLİN [2–hidroksietil hidroksid (trimetil) ammonium], [HOCH2CH2N+(CH3)3]OH– mikroorqanizmlәrdә, bitki vә heyvan toxumalarında (sinir toxumasında, qaraciyәrdә, böyrәklәrdә vә ürәk әzәlәsindә xüsusilә çox) olur. Fosfatidilxolinlәrin vә sfinqomielinlәrin tәrkibinә daxildir; ondan asetilxolin әmәlә gәlir. Biokimyәvi metillәşmә reaksiyalarında metil qrupunun donorudur (mәs., metioninin biosintezindә). Lipotrop tәsirә malik olmaqla, qara ciyәrdә piy infil trasiyasının qarşısını alır. Canlı toxuma strukturlarının formalaşması zamanı plastik material kimi istifadә olunur; orqanizmdә serindәn sintez oluna bilәr. Heyvanlarda biosintezi mәhduddur, ona görә dә X. qida ilә daxil olmalıdır. Ət, balıq, yumurta sarısı, soya unu X.-lә xüsusilә zәngindir. X. çatışmazlığı zülal çatışmazlığı ilә birlikdә qara ciyәrin piy degenerasiyasının yaranmasına vә sirozun inkişafına sәbәb ola bilәr. İnsanın sutkalıq tәlәbatı 250 mq-dan az deyil. X. xlorid tibdә qara ciyәr xәstәliklәrinin vә aterosklerozun müalicәsindә istifadә olunur.










