XOLİNOLİTİK DƏRMANLAR, a n t i x o l i n e r g i k d ә r m a n l a r – asetilxolinin antaqonistlәri olan farmakoloji maddәlәr. Kimyәvi birlәşmәlәrin müxtәlif qruplarına aid edilir. X.d.-ın tәsir effekti, әsasәn, asetilxolinlә m-xolinoreseptorların birlәşmәsindә rәqabәtlә, yaxud postsinaptik membranların (bax Sinaps) oyatdığı davamlı depolyarizasiya ilә şәrtlәnir. m vә nxolinolitiklәr (m-X.d. vә n-X.d.) ayırd edilir. Birincilәrә belladonanın alkaloidlәri (artropin, skopolamin) vә platifillin; strukturuna görә onlara yaxın sintetik preparatlar (mәs., qomatropin) vә bir sıra digәr üçüncülü vә dördüncülü ammonium birlәşmәlәri (aprofen, metasin vә s.) aid edilir. Orqanların m-xolinoreseptorlarını sayәsindә, bu preparatlar göz bәbәklәrinin genәlmәsinә, akkomodasiyanın iflicinә, göz daxili tәzyiqin artmasına sәbәb olur, ağız suyu, tәr, mәdә vә bağırsaq vәzilәrinin sekresiyasını lәngidir, ürәyin yığılma ritmini surәtlәndirir, mәdәnin, bronxların saya әzәlәlәrini zәiflәdir. Böyrәk, qara ciyәr vә bağırsaq sancılarında, mәdә vә oniki barmaq bağırsağın xora xәstәliyindә, hәmçinin göz bәbәklәrinin genişlәndirilmәsi, bronxların spazmının azaldılması üçün istifadә olunur, n-X.d. simpatik vә parasimpatik qanqliya xolinoreseptorlarına (qanqlioblokatorlar) vә skelet әzәlәlәrinә (kurareyә bәnzәr dәrmanlar) tәsir edir. Bәzi X.d. hematoensefalit baryeri (qan vә mәrkәzi sinir sistemi arasında maddәlәr mübadilәsini tәnzimlәyәn fizioloji mexanizm) keçmәk, beynin bioelektrik aktivliyinә, ali sinir fәaliyyәtinә tәsir etmәk, tremor vә qıc olmaları (mәs. nikotinin törәtdiyi) aradan qaldırmaq qabiliyyәtinә malikdir; onları mәrkәzi mvә n-X.d. (spazmolitin vә s.) adlandırırlar. Onlar sakitlәşdirici tәsir göstәrir, yuxugәtirici, narkotik vә ağrıkәsici dәrmanların tәsirini güclәndirir; anesteziologiya, nevropatologiya vә psixiotriyada, habelә, xora xәstәliyinin, kolitlәrin, bronxial asmanın vә s. müalicәsindә istifadә olunur.










