XOLİNOMİMETİK DƏRMANLAR – müxtәlif kimyәvi strukturlu farmakoloji maddәlәr; tәsiri, әsasәn, asetilxolinin tәsir effekti ilә uyğun gәlir. Müxtәlif xolino reseptorlara tәsirinә görә m vә n.-X.d. ayırd edilir. m-X.d. tәsirinә görә muskarinә – bәzi zәhәrli göbәlәk növlәrinin alkaloidinә oxşardır. Onlar postqanqlionar xolinergik liflәrin sonlarında yerlәşәn orqanlarının effektor (icraçı) m-xolinoreseptorlarını oyadır vә bronxların әzәlәlәrinin yığılmasını, damaların genişlәnmәsini, nәbzin sürәtinin azalmasını, bәbәklәrin daralmasını, ağızsuyu, tәr, gözyaşı, hәzm vәzilәri sekresiyasının güclәnmәsini törәdir. m-X.d.-a pilokarpin vә s. aiddir, n-X.d. nikotinәoxşar tәsir göstәrir, yәni simpatik vә parasimpatik qanqliyaların n-xolinoreseptorlarını, böyrәküstü vәzilәrin beyin qatını, hipofizi, skelet әzәlәlәrini oyandırır. n-X.d. üçün kiçik dozalada oyadıcı, böyük dozalarda isә boğucu tәsir sәciyyәvidir. n-X.d.-a lobelin, sitizin, anabazin vә s. aiddir. Bәzi X.d. hematoensefalik baryerdәn keçәrәk sinir impulslarının MSS-ә verilmәsini yüngüllәşdirir. Buna әsasәn mәrkәzi n vә m-xoli noreseptorlar vә müvafiq olaraq n vә m-X.d ayırd edilir. Tibdә m-X.d. bağırsaqların vә sidik kisәsinin atoniyasının aradan qaldırılması vә profilaktikası, doğumun stimullaşdırılması üçün, paroksizmal taxikardiya, qlaukoma zamanı istifadә olunur. n-X.d. tәnәffüsün stimulyatoru kimi tәtbiq edilir (mәs., lobelin). Antixolinesteraz dәrmanlar miazsteniya, periferik ifliclәr, qlaukoma vә s. zamanı tәyin olunur. X.d. hәmçinin xolinolitik dәrmanlarla zәhәrlәnmәlәr zamanı antidot kimi istifadә edilir.










