XOLQARABUCAQ – Azәrb. Resp. Neftçala r-nunda kәnd. Xolqarabucaq ә.d.-nin (Xolqarabucaq, Dördlәr, Xoltәzәkәnd k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 85 km c.-q.-dә, Aquşa çayının sahilindә, Salyan düzündәdir. Əh. 2685 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, 2 kitabxana, poçt, ATS var.










