XOLMOQOR QAZI – 19 әsrdә Rusiyanın Mәrkәzi Qaratorpaq zonası r-nlarında yerli qazların Çin qazları ilә cütlәşdirilmәsindәn yaradılmış qaz cinsi. Möhkәm bәdәnlidir, gövdәsi iri, uzun, enli, üfüqi vәziyyәtdә dayanandır. Alnında fırşәkilli törәmә olan başı vә altında “kisәşәkilli” dәrin dәri büküşlәri olan dimdiyi vardır. Sinәsi qabarıqdır, qarnının üzәrindә iki dәri büküşü var. Lәlәk örtüyü sıx, ağ, boz, yaxud boz-ala rәngdәdir: lәlәyi vә tiftiyi yaxşı keyfiyyәtlidir. Yaşlı erkәk qazların diri kütlәsi 8,0–10,0 kq, dişi qazların kütlәsi 7,0–7,5 kq olur. İl әrzindә yumurtlağanlığı 25–35 әdәd (yumurtanın kütlәsi 180–200 q) olur; yumurtadan cücә çıxımı 45–50%-dir. 9 hәftәliyindә onların diri kütlәsi 3,9–4,0 kq olur. Hәvәskar quşçular tәrәfindәn yetişdirilir. Bu cins ehtiyat genofond kimi qorunur.
Xolmoqor qazı.










