XOLODKOVSKİ Nikolay Aleksandroviç [19.2(3.3) 1858, İrkutsk – 2.4.1921, Petroqrad], rus zooloqu vә şair-tәrcümәçisi, Peterb. EA-nın m. üzvü (1909). 1880 ildә Tibbi-cәrrahiyyә Akademiyasını bitirib. 1902 ildәn S-Peterburqda Meşәçilik İn-tunda, 1892 ildәn Hәrbi-tibb Akademiyasında prof. olmuşdur. Əsәrlәri zoologiyanın müxtәlif bölmәlәri, әsasәn entomologiya vә parazitologiya üzrәdir; zool. vә entomologiya üzrә dәrsliklәrin müәllifidir. Mәnәnәlәrin mürәkkәb inkişaf tsikllәrini tәdqiq etmişdir. Tәkamül nәzәriyyәsi vә ümumi biol. mәsәlәlәri üzrә elmi-kütlәvi işlәrin müәllifidir, Rusiyada darvinizmin geniş yayılmasında xidmәti böyükdür; tәbiәtşünaslıqda idealizmә qarşı çıxmışdır. İ.V.Götenin “Faust” әsәrini (1917-dә Rus. EA-nın A.S.Puşkin adına mükafatı verilmişdir), E.Darvinin “Tәbiәt Mәbәdi” poemasını vә C.Bayronun, F.Şillerin, U.Şekspirin, C.Miltonun, Q.Lonqfellonun vә d. Bir sıra әsәrlәrini tәrcümә etmişdir. 1947-dә SSRİ EA entomologiya üzrә N.A.Xolodkovski ad. mükafat tәsis etmişdir.
Ə s ә r l ә r i: Атлас человеческих глист. СПб., 1898–1899. Вып. 1–3; Птицы Европы. СПб., 1901 (совм. с А.А.Силантьевым); Биологические очерки. Сб. избр. статей. М.; П., 1923; Курс энтомологии теоретической и прикладной. 4-е изд. М.; Л., 1927–1931. Т. 1–3; Учебник зоологии. 7-е изд. Л.; М., 1933. Ч. 1–2.










