XONÇA – toy, nişan, bayram, el şәnliklәri vә başqa mәrasimlәr zamanı bәzәdilәn milli әnәnәvi hәdiyyә, sovqat. Qәnnadı mәmulatı, şirniyyat, çәrәz, gәlin üçün zinәt әşyaları, paltarlıq parça vә s. mәcmәyi, yaxud sinilәrә yığılıb üzәrinә, әsasәn, al-qırmızı ipәk parçadan örtük çәkilirdi. Hәr mәrasimin özünәmәxsus X.-sı olurdu. X. bәzәmәk әnәnәsi bir çox Şәrq xalqları, o cümlәdәn azәrb.-lar arasında hәlә qәdimdәn geniş yayılmışdır.










