XOR, X o r o, P o r – RF-dә, Xabarovsk diyarında çay. Ussuri çayının sağ qolu. Uz. 453 km, hövzәsinin sah. 24,7 min km2. Sixote-Alin silsilәsinin q. yamacından başlanır, Aşağı Amur ovalığında axır. Əsasәn, yağış suları ilә qidalanır. Yayda fәlakәtli daşqınlar olur. Ortaillik su sәrfi 388 m3/san, әn çox 5000 m3/san. Oktyabrın axırı – noyabrdan aprelin sonu – mayadәk donmuş olur. Ağac axıdılır. Mәnsәbindәn 196 km mәsafәdә yerli gәmiçiliyә yararlıdır.

Xor çayı.










