Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XORA XƏSTƏLİYİ
    XORA XƏSTƏLİYİ, mәdә vә ya onikibarmaq bağırsağın xora xәstәliyi – tsiklik gedişli olub, kәskinlәşmә mәrhәlәsindә mәdә vә/vә ya onikibarmaq bağırsağın selikli qişasında xoralı zәdәnin әmәlә gәlmәsi ilә sәciyyәlәnәn xroniki xәstәlik. Selikli qişanın müdafiә amillәri (mәdә seliyi, adekvat mikrosirkulyasiya, prostaqlandinlәr vә s.) vә aqressiya amillәri (pepsin, xlorid turşusu) arasında tarazlığın pozulması nәticәsindә inkişaf edir. Müasir tәsәvvürlәrә görә, xoralı zәdәnin әmәlә gәlmәsindә selikli qişanın Helicobacter pylori mikroorqanizmilә yoluxması, hәmçinin bәzi dәrmanların (әsasәn, iltihab әleyhinә qeyri-steroid dәrmanlar, qlükokor tikoidlәr) qәbulu, ahıl yaşlarda isә mәdә vә on iki barmaq bağırsaq damarlarının aterosklerozu mühüm rol oynayır. X.x.-nin inkişafında sinir sisteminin tipinin, emosional gәrginliyin dә böyük rolu var. Onikibarmaq bağırsağın X.x.-nin әlamәtlәri: sağ qarınüstü nahiyәdә “aclıq”, gecә ağrıları; yemәkdәn sonra sәngiyәn ağrılar 2–3 saatdan sonra yenidәn әmәlә gәlir. Mәdәnin X.x.-dә qarınüstü nahiyәdә ağrı yemәkdәn dәrhal sonra baş verir; xoranın yerlәşmә yerindәn asılı olaraq, qarınüstü nahiyәdә ağırlıq, gәyirmә, qusma, qıcqırma, döş qәfәsindә ağrı vә s. ola bilәr. Mövsümü ağırlaşmaların olması sәciyyәvidir (yazda, payızda). X.x.-nin mümkün ağırlaşmaları: mәdә-bağırsaq qanaxması (qanlı qusma, qatranabәnzәr nәcis ifrazı vә s.); penetrasiya – xoranın qonşu orqanlara (qara ciyәr, mәdәaltı vәzi vә s.) keçmәsi, bu zaman ağrı daimi olur; perforasiya (“xәncәr” ağrıları vә qarın әzәlәlәrinin gәrginlәşmәsi); xoranın maliqnizasiyası (bәdxassәli şişә çevrilmә). Diaqnoz endoskopik müayinә ilә dәqiqlәşdirilir (bax, Endoskopiya). Farmokoterapiya ağrının yüngüllәşdirilmәsi, xoranın sağalması, X.x.-nin ağırlaşmasının vә residivinin qarşısının alınması istiqamәtindә aparılır. İnfeksiya aşkar olunduqda ranitidin, omeprazol, metronidazol, de-nol vә s. tәyin olunur. Əgәr X.x. Helicobacorter pylori ilә әlaqәdar deyilsә, antisekretor vә antasid dәrmanlar, hәmçinin, prostaqlandinlәrin sintetik analoqları (mizoprostol, enprostil) istifadә olunur. Konservativ müalicә nәticә vermәdikdә vә ağırlaşmalar olduqda cәrrahi müdaxilә tәtbiq olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 