Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XORASAN 
    XORASAN (orta far. خراسان, hәrfi mәnası gündoğan, şәrq) – Qәrbi vә Mәrkәzi Asiyada (hazırda İranın şm.-ş.-i, Türkmәnistanın
    c.-ş.-i, Əfqanıstanın şm.-q.-i) tarixi vil. Ən mühüm şәhәrlәri Nişapur, Mәrv, Bәlx, Herat, Tus, sonralar Sәrәxs, Əbivәrd, Nisa, Sәbzәvar, Mәşhәd olmuşdur. Yunan coğrafiyaşünaslarının әsәrlәrindә Makedoniyalı İsgәndәrin işğalları ilә әlaqәdar qeyd edilmiş, Bәlx-Mәrv bölgәsi Baktriya, Herat bölgәsi Ariya, Nişapur bölgәsi Parfiya adlandırılmışdır. E.ә. 1 әsrin әvvәllәrindәn X. saklar, kuşanlar vә parfiyalılar arasında mübarizә meydanına çevrilmişdi. Arşakilәrin süqutundan sonra X.-ın böyük hissәsi Sasanilәrin, ş. torpaqları isә ağhunların hakimiyyәtinә keçmişdi. 7 әsrin ortaları – 9 әsrin әvvәllәrindә Xilafәtin, sonralar Tahirilәrin (822–873), Sәffarilәrin (873–900), Samanilәrin (900–1036), Qәznәvilәrin (1036–40), Sәlcuqilәrin (1040–1157), Qurilәrin, Xarәzmşahların, Hülakuların, qismәn Kәrtilәrin (1335–89) idarәçiliyindә idi. 8–13 әsrlәrdә müsәlman dünyasının iqtisadi cәhәtdәn әn inkişaf etmiş vilayәtlәrindәn biri olmuşdur (meyvә, xam ipәk, yun, xәz, hazır parça ixracatı; qiymәtli metallar, bahalı daşlar hasilatı). 1220–23 illәrdә monqollar tәrәfindәn viran qoyulduqdan sonra әvvәlki qüdrәtini bәrpa etmәmişdir. 1330–60-cı illәrdә sәrbәdarilәr üsyanının meydanı olmuş, 1389 ildә Əmir Teymur, 16 әsrin әvvәllәrindә Şeybanilәr tәrәfindәn tutulmuşdur. 1510–1736 illәrdә Sәfәvilәr dövlәtinin tәrkibindә idi. 1739 ildә Xivә xanı İlbarsın X.-ı talan etmәsindәn sonra, 1740 ildә Nadir şah Xivәni әlә keçirmiş, X.-ı әldә saxlamaq mәqsәdilә Mәşhәd  ş.-ni mәrkәz seçmişdi. Nadir şahın ölümündәn (1747) sonra Bәlx, Herat, Mәşhәd, Nişapur Əhmәd şah Dürraninin nәzarәtinә keçmişdi. Qacarlar dövründә X. yenidәn İrana birlәşdirilmişdi. Lakin İranın Herat uğrunda әfqanlarla apardığı mübarizәyә İngiltәrәnin müdaxilәsindәn sonra 1857 ildә imzalanan sazişә görә İran Herata olan iddialarından әl çәkmişdi. 19 әsrdә X. İran (Nişapur vahәsi), Əfqanıstan (Bәlx vә Herat vahәlәri) vә türkmәn tayfaları (Mәrv vahәsi) arasında bölüşdürülmüşdü. İran X.-ı uzun müddәt vahid ostan tәşkil etmiş, 2004 ildә Xorasani-Rәzәvi, Cәnubi Xorasan vә Şimali Xorasan ostanlarına bölünmüşdü.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 