XORDOFONLAR (yun. χορδή – sim + fon) – simli alәtlәr; sәs mәnbәyi titrәyәn sim olan musiqi alәtlәri sinfi. K.Zaks vә E. fon Hornbostelin tәsnifatına әsasәn musiqi kamanı, lira, arfa, lütnya, sitra әsas növlәridir. Sәsçıxarma tәrzinә görә barmaqla, mizrabla (gitara, balalayka, mandolina), yayla (violin, viola, kamança) çalınan, zәrb X.-ı (simbal vә s.) vә sәrbәst sәs çıxaran X.-lar (eol arfası) fәrqlәndirilir. Bu tәsnifata görә violin X. sinfinә vә lütnya növünә, hәmçinin simli-klavişli alәtlәr: klavesin, spinet; fortepiano, klavikord X. sinfinә vә sitra növünә aiddir.










