XORÉY (yun. χορεῖος, hәrfi mәnası – oyun havası), t r o x e y (yun. τροχαῖος, hәrfi mәnası – qaçan) – 1) metrik şeirdә uzun vә qısa hecalı 3 mordan ibarәt tәqti. 2) rus sillabik-tonik şeirindә ilk hecası güclü 2 hecalı tәqti. 18–19 әsrlәr poeziyasında 4–6 tәqtili X. işlәnmişdir. 19 әsrin ortalarından, әsasәn, 5 tәqtili X.-dәn istifadә edilir.










