XORİOİDİT (yeni lat. chorioidea – gözün xüsusi damarlı qişası + ... it ) – gözün xüsusi damarlı qişasının iltihabı. Bu qişanın ayrıca iltihabına nadir hallarda rast gәlinir, çox vaxt gözün torlu qişası da patoloji prosesә cәlb olunur (x o r i o r e t i n i t). X., әsasәn, infeksion xәstәliklәrdәn (vәrәm, toksoplazmoz vә s.) törәyir. Adәtәn, infeksiya törәdicisi gözün damarlı qişasına hematogen yolla düşür, sonradan iltihab ocağı yerindә atrofik sahә әmәlә gәlir. Xәstәlәr gözlәrindә tutqunlaşma olmasından, çox vaxt görmә itiliyinin zәiflәmәsindәn vә s. şikayәtlәnirlәr. Bir qayda olaraq ağrı olmur. Oftalmoskopiya zamanı eksudativ sarımtılağ ocaqlar vә torlu qişanın ödemi aşkar olunur. M ü a l i c ә s i: ümumi (antibiotiklәr vә s.) vә yerlidir (xәstәliyin sәbәbindәn asılı olaraq).










