XORİORETİNİT – gözün damarlı qişasının vә tor qişasının iltihabı. Əgәr ancaq damarlı qişa iltihablaşırsa vә tor qişa iltihaba uğramırsa, vәziyyәt xorioidit adlanır. Bu xәstәliklәrin müalicәsindә oftalmoloji mәqsәd, potensial korolma tәhlükәsi olduğu üçün, iltihabı aradan qaldırmaq vә pasiyent üçün terapiyanın potensial riskini minimuma endirmәkdir. S ә b ә b l ә r i: çox vaxt tok soplazmoz vә sitome qalovirus infeksiyaları, bәzәn isә sifilis, vәrәm, sarkoidoz vә s. S i m p t o m l a r ı: alışma, sәyrimә vә gözlәrin önündә uçan “milçәklәr”, üzәn qara lәkәlәr, görmәnin dumanlanması, işığa qarşı hәssaslıq, gözyaşının axması. M ü a l i c ә s i: adәtәn kortikosteroidlәrlә antibiotiklәrin kombina siyalı tәtbiqi. Lazım gәldikdә әsas sәbәbin (QİÇS vә s.) spesifik müalicәsi.










