XOR-LAVAL SAZİŞİ (1935) – İtaliya-Efiopiya münaqişәsinin (1935–41) (bax İtaliya-Efiopiya müharibәlәri) nizamlanmasına dair mәxfi saziş. 1935 il dekabrın 8-dә B.Britaniyanın xarici işlәr naziri S.C.Xor ilә Fransanın baş naziri P.Laval arasında Parisdә imzalanmışdı. Efiopiyanın Tıqray, Danakil vә Oqaden vilayәtlәrinin bir hissәsinin İtaliyaya verilmәsini, Efiopiyanın c.-unda “iqtisadi ekspansiya vә kolonizasiya” mәqsәdilә geniş әrazilәrin İtaliya üçün ayrılmasını; İtaliya tәrәfindәn Eritreyanın c.-unda Assabda(A s e b) dәnizә çıxışı olan dar әrazi zolağının Efiopiyaya güzәştә gedilmәsini nәzәrdә tuturdu. X.- L.s. Efiopiya hökumәti tәrәfindәn rәdd edilmişdi. X.-L.s.-nin mәtbuatda dәrc edilmiş mәzmunu ictimaiyyәt arasında qәzәb doğurduğundan Xor vә Laval hökumәtlәri istefaya getmәyә mәcbur olmuşdu.










