XOROQ – Tac. Resp.-nda şәhәr. Dağlıq Bәdәxşan MV-nın mәrkәzi. Əh. 29 min (2016). Pamir d-rının c.-q.-indә, 2200 m hünd.-dә, Qunt çayının Pәnc çayına töküldüyü yerin yaxınlığındadır. Avtomobil yolu X.-u Oş vә Düşәnbә şәhәrlәri ilә әla qәlәndirir. Aeroport.
X. Tacikistanın әsas ticarәt, nәql. vә tәhsil mәrkәzlәrindәn biridir. K.t. mәhsullarının emalı, yeyinti sәnayesi, tikinti materialları istehsalı müәssisәlәri, hәmçinin ayaqqabı f-klәri fәaliyyәt göstәrir. Turizm vә onunla әlaqәli sahәlәr, nәql. infrastrukturu inkişaf etmişdir. SES var. Şәhәrin ş. qurtaracağında Pamir Botanika bağı yerlәşir (4 mindәn çox bitki növü).










