XÓRTAYA – tazılar cinsindәn it. Cinsin Qaradәnizboyu, Azovboyu çöllәrin şm.-ında vә Krımda qәdim qabatüklü tazılardan vә Rusiya köpәk itlәrindәn formalaşdığı hesab edilir. Dovşan, tülkü, dırnaqlı xırda heyvanları ovlamaq mәqsәdilә istifadә edilirdi. Güclü, cәld, heyvana qarşı hirsli, arıq, canıbәrk (qüvvәtli) iri (cidov hünd. 61–75 sm) itdir. Başı arıq, uzunsovdur; kәllә hissәsi orta dәrәcәdә enlidir; alnından üzünә keçid zәifdir (alnı ensizdir). Qulaqları uzun, arxaya-boynuna tәrәf dartılmışdır. Sinәsi dәrindir. Qarnı çox yığılmışdır (sallaq deyil). Tükü düzdür (uz. 2,5 sm-ә dәk olur), qışdanarın tüklәr çıxır. Rәngi saya, yaxud ala olur: müxtәlif çalarlı kürәn, qara, boz, sarımtıl lәkәli, xallı, pәlәng dәrisi kimi zolzol, üzü “maska”lı ola bilәr. Cins az saylıdır.

Xortaya it cinsi.










