XORTUM – heyvanların üzündә olan, ucunda dәliklәr açılan uzanmış hәrәkәtli burun hissәsi. Bәzi sürünәnlәrdә (yumşaq tısbağalarda) vә mәmәlilәrdә (әsasәn cücüye yәnlәrdә, tapirkimilәrdә, fillәrdә, erkәk dәniz fillәrindә vә s.) olur. Adәtәn tәnәffüs, iybilmә vә toxunma hissi funksiyalarını yerinә yetirir. X.-un inkişaf vә hәrәkәtlilik dәrәcәsi müxtәlifdir. Fillәrdә X. uzanmış burunun üst dodaqla bitişmәsi nәticәsindә әmәlә gәlmiş vә ucunda barmaqşәkilli çıxıntı ilә tәchiz olunmuşdur; o, hәmçinin qidanı tutmaq, suyu yığıb ağıza ötürmәk, әşyaları yoxlamaq vә tutub saxlamaq kimi işlәri yerinә yetirir.










