XORTUMLU BƏRABƏRQA NADLILAR (Homoptera) – sorucu cücülәr dәstәsi; yarımsәrtqanadlılara vә ya taxtabitilәrә daha yaxındır. Dünyada 30 min, keçmiş SSRİ-dә 4000, o cümlәdәn Azәrb.-da 600 növü var. Müxtәlif formalıdır. Az hәrәkәtlidir. Ağzı xortum şәklindәdir. Cırcıramakimilәr, yarpaq birәlәri, ağqanadlılar, mәnәnәlәr vә koksidlәr yarımdәstәsi X.b.-a daxildir. X.b. bitkilәrin hüceyrә şirәsini sormaqla, yarpaqlarda fır әmәlә gәtirmәklә, virus vә digәr xәstәliklәri yoluxdurmaqla, cavan zoğları “mişarlamaqla” k.t. bitkilәrinә zәrәr vururlar.










