XORUZLU – Azәrb. Resp. Tәrtәr r-nunda kәnd. Xoruzlu ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 14 km şm.-ş.-dә, Qarabağ düzündәdir. Əh. 1594 (2019); heyvandarlıq vә әkinçiliklә (taxılçılıq, pambıqçılıq, günәbaxan) mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, kitabxana, klub, hәkim mәntәqәsi; kәnddә Tunc vә Erkәn Dәmir dövrünә aid kurqanlar var.










