XOSROV – İrәvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Millidәrә bölgәsindә, Küsqayasu çayının kәnarında azәrb.-ların yaşadığı kәnd. 1826–29 illәr Rusiya-İran, Rusiya-Osmanlı müharibәlәri zamanı kәnd xaraba qalmış, 19 әsrin ortalarında yenidәn mәskunlaşmışdır. 1918–20 illәrdә kәnd ermәni-daşnak hücumlarına mәruz qalaraq dağıdılmış, әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra kәndin qaçqın әhalisinin bir hissәsi geri qayıtmış, kәndi yenidәn mәskunlaşdırmışlar. 1948 ildә kәndin bütün әhalisi Azәrb.-a deportasiya olunmuşdur. O vaxtdan kәnd xaraba qalmışdır.










