Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XOSROV I
    XOSROV I, N u ş i r ә v a n, Ə n u ş i r ә v a n (hәrfi mәnada ölmәz ruhlu) (? – 579, Mәdain) – Sasani hökmdarı [531–579].  I Qubadın [488–496, 499–531] oğlu, II Xosrovun babası. Mәzdәkilәr hәrәkatının yatırılmasında fәal iştirak etmişdi. Atası I Qubadın islahatlarını (xәrac, can vergisi müәyyәn edilmәsi, nizami qoşun yaradılması, hakim vә әyanların hakimiyyәtinin mәhdudlaşdırılması vә s.) başa çatdırmışdı. Yaratdığı yeni nizami ordunun әsas qüvvәsini süvarilәr tәşkil edirdi. I X. hәrbi әyanlara vә xırda torpaq sahiblәri olan dehqanlara arxalanırdı. Dövlәtin alirütbәli mәmurlarının vә şәhr (әyalәt) hakimlәrinin sәlahiyyәtlәri mәhdudlaşdırılmış, dövlәt aparatı yenidәn qurulmuşdu. Torpaq kadastrı tәrtib olunmuş, torpaq vergisi (xaraq) vә can vergisi (gezit) müәyyәnlәş dirilmişdi. 540–570-ci illәrdә Bizansla müharibәlәr aparmış, tәqr. 570 ildә Bizansın müttәfiqi Efiopiyadan Yәmәni almış, 560-ci illәrdә imperiyanın ş.-indә eftalitlәri (a ğ h u n l a r ı) mәğlub etmişdi. I X.-un hakimiyyәt illәri Sasanilәr dövlәtinin “qızıl dövrü” hesab olunur. Bu dövrdә Qundeşapur (Q u n d i ş a p u r) ş.-ndә tibb akademi-ya sı yaradılmış, Avesta kanonlaşdırılmışdı. I X. Afina akademiyasının bağlanmasından sonra 529 ildә İrana sığınmış Afina filosoflarına himayәdarlıq etmişdi. Yunan vә hind kitabları (o cümlәdәn “Pançatantra”) pәhlәvi dilinә tәrcümә olunurdu.
    Klassik Yaxın Şәrq, hәmçinin Azәrb. әdәbiyyatında әdalәtli hökmdar (Nuşirәvan Adil) kimi idealizә olunur. Dahi Nizami “Sirlәr xәzinәsi” poemasında ölkәni viran qoyan hökmdarlar әleyhinә “Nuşirәvan vә bayquşların söhbәti” hekayәsini yaratmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 