XOSROV II P ә r v i z (“M ü z ә f f ә r”) (tәqr. 570, Mәdain – 28.2.628, Mәdain) – Sasani hökmdarı [590–628]. IV Hörmüzdün [579–590] oğlu, I Xosrovun nәvәsi. Dayıları Bindoy vә Bistan tәrәfindәn IV Hörmüzd devrildikdәn sonra taxta çıxmışdı. 590 ildә Bәhram Çubinin qiyamı sәbәbindәn II X. Bizansa qaçmışdı. 591 ildә imperator Mavrikinin göndәrdiyi Bizans ordusunun kömәyi ilә Bәhram Çubini mәğlubiyyәtә uğradaraq taxtı geri qaytarmış vә özünü şahәnşah elan etmişdi. 595 ildә Bindoy edam olunmuş, 602 ildә isә Bistamın qiyamı yatırılmışdı. X.-un özü zәrdüşti olsa da, monofizit vә nәsturi xristianlara himayә edirdi. Foka tәrәfindәn öldürülmüş imperator Mavrikinin qisasını almaq bәhanәsi ilә Bizansla müharibәyә (602–629) başlamış, onun ş. vә c. әyalәtlәrini (Misir dә daxil olmaqla) tutmuşdu. Lakin 623 ildә Bizans ordusu İrana soxulmuş, sonra Azәrb.-a hәrәkәt edәrәk Naxçıvan vә Qazaka ş.-lәrini әlә keçirmişdi. İmperator İraklinin Mәdainә (K t e s i f o n) yürüşündәn sonra böyük oğlu II Qubadun (K a v a d) başçılığı ilә müxalif әyan qruplaşması tәrәfindәn devrilmiş vә öldürülmüşdür.










