“XOSROVANİ” – qәdim Şәrq melodiyası. “X.”-nin mәnşәyi “Xosrovaniyyat” mahnı silsilәsi ilә bağlıdır (bu silsilәnin müәllifi Sasani hökmdarı Xosrov Pәrvizin mәşhur saray musiqiçisi Bәrbәt hesab olunur). Yeddi hissәdәn ibarәt olan “Xosrovaniyyat”ın hәr bir hissәsi müәyyәn mövzu ilә bağlı olmuşdur. Sonralar hәmin silsilә parçalanmış vә ayrı-ayrı hissәlәri müstәqil әsәrә çevrilmişdir.










